Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Braqa” ciddi itki ilə üzləşib.
AzerTimes xəbər verir ki, “Braqa”nın əsas üzvlərindən olan Bruma “Qarabağ”a qarşı oynaya bilməyəcək.
Belə ki, futbolçu dizindən zədələnib və əməliyyat olunacaq. Oyunçunun ən azı 1 ay yaşıl meydanlardan kənar qalacağı dəqiqləşib.
Qeyd edək ki, “Qarabağ”ın “Braqa” ilə ilk matçı fevralın 15-də səfərdə, cavab görüşü isə fevralın 22-də Bakıda baş tutacaq.