Rusiya zirehli texnikası meydanda ABŞ-ın “Bradley” döyüş maşınlarına kütləvi şəkildə uduzur.
AzerTimes xəbər verir ki, bu barədə “Forbes” yazıb.
Bildirilib ki, müharibənin iki ili ərzində Rusiya ordusu ayda 150 zirehli transportyor və PDM itirirdi. 2024-cü ilin may ayında isə bu rəqəm 288 ədədə yüksəlib.
Nəşr yazır ki, bunlar yalnız təsdiqlənmiş itkilərdir:
“Səbəblərdən biri odur ki, çoxsaylı zirehli texnika itkisi rusları daha köhnə, daha az qorunan modellərdən istifadə etməyə məcbur edir, əvəzində Ukraynanın mexanikləşdirilmiş briqadası isə ABŞ güclü “Bradley” PDM-indən istifadə edir”.
Nəşr bir video da təqdim edib. Videoda “Bradley”i FPV dronu vursa da, zirehini deşə bilmir və maşın hərəkətinə davam edir.