BQXK Xankəndiyə 20 erməni gətirdi, 23-nü apardı

BQXK Xankəndiyə 20 erməni gətirdi, 23-nü apardı

Beynəlxalq Qırmızı Xaç Komitəsi bu gün Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlıların müvəqqəti nəzarətində olan Xankəndi şəhərinə 20 erməni gətirib, 23 ermənini isə aparıb.

AzerTimes xəbər verir ki, bu barədə BQXK-nin Ermənistandakı proqram direktoru Zara Amatuni erməni mediasına deyib.

Ümumilikdə 12 dekabr Xankəndi yolunda ekofəalların aksiyası başlayandan bəri Ermənistandan BQXK vasitəsilə 97 erməni gətirilib, 81-i aparılıb.

Qeyd edək ki, gün ərzində Laçın-Xankəndi yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus 49 minik və təminat avtomobili, həmçinin BQXK-ya məxsus 12 avtomobil maneəsiz hərəkət edib.

Teqlər: