BQXK-nın 6 avtomobili Xankəndiyə geri döndü – Foto

BQXK-nın 6 avtomobili Xankəndiyə geri döndü – Foto

Ekoaksiyanın iştirakçıları martın 27-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Laçından Xankəndi istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.

AzerTimes xəbər verir ki, bu dəqiqələrdə Laçından Xankəndiyə doğru hərəkət edən BQXK-ya məxsus dörd yük və iki minik avtomobilin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.

Qeyd edək ki, bu gün BQXK-nın iki minik avtomobili səhər saatlarında Xankəndidən Laçına getmişdi. Dörd yük avtomobilinin isə dünən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilmişdi.

Bu da Laçın-Xankəndi yolunda humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.

Teqlər: