Ekoaksiyanın iştirakçıları martın 21-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.
AzerTimes xəbər verir ki, Xankəndidən Laçına doğru hərəkət edən BQXK-ya məxsus beş yük və beş minik avtomobilinin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.