BQXK maşınları Laçın-Xankəndi yolundan keçdi

BQXK maşınları Laçın-Xankəndi yolundan keçdi

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yüklər daşıyan Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları Laçın-Xankəndi yolundan keçib.

AzerTimes xəbər xəbər verir ki, maşınlara vizual baxış keçirildikdən sonra onların keçidi təmin olunub.

Hazırda 1 maşın əraziyə yük daşıyır. Bundan başqa, 3 minik maşını ərazidən keçir. Bununla paralel olaraq Ağdam – Xankəndi yolu vasitəsilə də Qarabağa ərzaqlar daşınır.

Qeyd edək ki, sülhməramlıların müvəqqəti yerləşdiyi Laçın – Xankəndi va Ağdam – Xankəndi yolu vasitəsilə əraziyə ərzaqların daşınması barədə sentyabrın 1-də razılıq əldə olunub.

Teqlər: