Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.
AzerTimes xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 4 minik və 1 yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib.
Bu, bir daha göstərir ki, yolda humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.