“bp”nin mənfəəti 3 milyard dollardan çox olub

Xəbər - Orxan Nəbiyev – Trend:

Böyük Britaniyanın “bp” neft-qaz şirkəti 2021-ci ilin ikinci rübündə 3,116 milyard dollar xalis mənfəət əldə edib.

AzerTimes-ın məlumatına görə, bu barədə şirkətin hesabatında deyilir.

Ötən ilin eyni dövründə şirkət 16,85 milyard dollar məbləğində itkilərlə üzləşmişdi.

Hesabat dövründə “bp”nin gəliri 1,7 dəfə artaraq 36,47 milyard dollar, əsaslı xərclər isə 27 faiz azalaraq 747 milyon dollar təşkil edib.

2021-ci ilin aprel-iyun aylarında “bp” şirkətlər qrupu üzrə hasilat ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz azalaraq 3,24 barel/sutka neft ekvivalentinə bərabər olub.

Teqlər: