Xəbər - Sədrəddin Ağcayev – Trend:
“bp” şirkətinin Azərbaycanın azad olunmuş ərazilərində 240 meqavatt gücündə elektrik stansiyasının tikintisinə qoyulacaq investisiyanın həcmi ilkin hesablamalara görə 200 milyon dollardır.
Bunu Trend-ə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev deyib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması konsepsiyası çərçivəsində kiçik su elektrik stansiyalarının bərpası layihələrinin icrası və “bp” ilə əldə olunmuş razılaşmanın texniki qiymətləndirilməsi üzrə işlərin həyata keçriilməsi planlaşdırılır.
“Kəlbəcərdə 100 meqavatt gücündə külək elektrik stansiyasının tikintisi layihəsinə özəl investisiyaların cəlb olunması planlaşdırılır. Bu layihə çərçivəsində hazırlıq işləri artıq başlayıb. Konsepsiyanın təsdiq olunmasından sonra, həmçinin bir sıra pilot layihələr reallaşdırılacaq ki, bunlar sayəsində “yaşıl enerji”nin istifadəsinin səmərəliliyi barəd qiymət vermək mümkün olacaq”, – deyə o bildirib.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)