bp Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin (AYDS) kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin operatoru kimi saziş üzrə iş proqramı çərçivəsində AYDS-in kəşfiyyat qazma fəaliyyətləri (ikinci quyu) üzrə hazırlanmış Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə versiyasını müzakirə etmək üçün ictimaiyyətlə açıq virtual görüş keçirir
bp bütün maraqlı tərəfləri 28 iyul 2021-ci il tarixində
saat 14:00-dan 16:00-dək “Microsoft Teams” vasitəsilə onlayn rejimdə keçiriləcək görüşdə iştirak etməyə dəvət edir.
ƏMSSTQ sənədlərinin layihə versiyası və rəy formaları 1 iyul 2021-ci il tarixindən bp-nin vebsaytına yerləşdirilmişdir və onları aşağıdakı linklər vasitəsilə yükləmək mümkündür:
Görüş zamanı bp tərəfindən təqdimatlar ediləcək və ƏMSSTQ-nin layihə versiyası haqqında auditoriyanın sualları cavablandırılacaq, həmçinin şərh və rəylər dinləniləcək. Rəy və təklifləri həmçinin [email protected] elektron ünvanına göndərməklə də təqdim etmək olar.
Görüşə aşağıdakı linklərdən biri və ya QR kodu vasitəsilə qoşulmaq olar:
Click here to join the meeting və ya https://go.bp.com/XnJer
Qoşulma təlimatı
Kompüterdən qoşulma |
Mobil telefondan qoşulma |
“Microsoft Teams” vasitəsilə görüşə qoşulmaq üçün təqdim edilmiş linkdən istifadə edin. Bu linkin açacağı səhifədə siz görüşə ya veb vasitəsilə ya da kompüter proqramını yükləməklə qoşula bilərsiniz. Əgər sizdə artıq Teams proqramı varsa, görüş avtomatik şəkildə açılacaq. Əgər sizin Teams hesabınız yoxdursa və görüş təşkilatçısı bu funksiyaya icazə veribsə, siz adınızı daxil etməklə, görüşə “qonaq” qismində qoşula bilərsiniz. Əgər sizin Teams hesabınız vardırsa, o zaman Sign in bölməsinə daxil olmaqla görüşə qoşula bilərsiniz (onun yazışma (chat) və əlavə funksiyalarına giriş imkanı əldə etməklə). |
Audio, video və məzmun bölüşmə funksiyaları da daxil olmaqla, mobil telefonda Teams proqramından ən yaxşı şəkildə istifadə edə bilmək üçün Teams proqramının mobil versiyasını yükləməli və quraşdırmalısınız. Əgər bu proqram sizdə varsa, proqramı açıb görüşə qoşulmaq üçün “Join Microsoft Teams Meeting” linkindən istifadə edin. Əgər bu proqram telefonunuzda yoxdursa, qeyd edilmiş link sizi “app store” platformasına yönləndirəcək və siz oradan həmin proqramı yükləyə bilərsiniz. Əgər Teams hesabınız yoxdursa, “qonaq”qismində görüşə qoşulmaq üçün “Join as a guest” bölməsini seçin və adınızı daxil edin. Əgər Teams hesabınız varsa, o zaman görüşə qoşulmaq (proqramın yazışma (chat) və əlavə funksiyalarına giriş imkanı əldə etməklə) üçün “Sign in and join” bölməsini seçin. |
Qeyd: Proqramı görüş başlamamışdan əvvəl yükləməyə çalışın. Proqramın yüklənməsi internet bağlantınızdan asılı olaraq bir-iki dəqiqə vaxt apara bilər.