“bp” Xəzərdə layihələrin iqtisadi səmərəliliyinin təmin olunması üçün mövcud resurslardan maksimum istifadə edir

“Maersk Drilling” “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasilat üçün 21 quyuda qazma işlərini başa çatdırıb.

Bu barədə Trend-ə “bp”dən bildiriblər.

Qeyd olunub ki, “bp” layihələrin iqtisadi səmərəliliyinin təmin olunması üçün mövcud resurs və avadanlıqlardan maksimum istifadə edir.

“Söhbət Xəzər dənizində işlədiyimiz layihələrdən gedir. Bu və ya digər qazma qurğusunun istifadəsi barədə qərarlar şirkətin əməliyyatlarının tələbləri çərçivəsində tənzimlənir və Azərbaycan hökuməti, SOCAR-la birgə qəbul olunmuş illik iş proqramı və büdcə sənədləri əsasında əməliyyatlara daxil edilir”, – deyə şirkətdən bildiriblər.

Qeyd edək ki, qazma işləri başa çatan quyulardan beşi şimal cinahında, dördü qərb, cənub-şərq və cənub-qərb cinahında, ikisi isə şimal-şərq cinahında yerləşir. Cənub-qərb cinahında bir və şimal-şərq cinahında bir quyu yekun dərinliyədək qazılıb və iş dayandırılıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: