Xəbər - Ləman Zeynalova – Trend:
Hazırda BP şirkəti Azərbaycan hökuməti ilə azkarbonlu, təmiz enerjiyə və enerji daşıyıcılarına keçid üzrə mövcud imkanları və ölkədə, eləcə də region hüdudlarına bu cür layihələrdə potensial iştirakını müzakirə edir.
Bu barədə Trend-ə “BP Azerbaijan” şirkətindən bildiriblər.
Qeyd olunur ki, həmin müzakirələr ötən ilin fevralında Energetika Nazirliyi ilə imzalanmış anlaşma memorandumuna uyğun olaraq aparılır. Həmin memorandum irimiqyaslı karbonsuzlaşdırılmış enerji sistemləri, o cümlədən Azərbaycanın şəhər və rayonlarında bərpa olunan enerji mənbələri sahəsində layihələr üçün zəruri şərtlərin və potensialın qiymətləndirilməsi üzrə əməkdaşlığı nəzərdə tutur.
Qeyd edək ki, Azərbaycanda, bərpa olunan enerji mənbələrindən 62,8 milyard kilovatt/saat elektrik enerjisi istehsal etmək potensialı mövcuddur.
(Tərcümə: Orxan Nəbiyev)