bp şirkəti dünyada baş verən hadisələrə baxmayaraq, Azərbaycanda layihələrin reallaşdırılmasına sadiqdir – Bəxtiyar Aslanbəyli

bp şirkəti dünyada baş verən hadisələrə baxmayaraq, Azərbaycanda
layihələrin reallaşdırılmasına sadiqdir.

Bunu Trend
bp-nin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat
üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

“Biz Azərbaycandakı layihələrimizə sadiqik. Dünyada baş verən
hadisələrin inkişafından asılı olmayaraq, bizim Azərbaycanla
imzalanmış sazişlərə əsasən cari layihələr üzrə öhdəliklərimiz var.
Biz bu öhdəliklər çərçivəsində fəaliyyətimizi davam etdirəcəyik”, –
deyə o bildirib.

Qeyd edək ki, bp Azərbaycanda bir neçə iri neft-qaz
layihələrinin iştirakçısıdır. Şirkət “Azəri-Çıraq-Günəşli” neft-qaz
və “Şahdəniz” qaz-kondensat yataqlarının operatorudur.

Bundan başqa, bp Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum
boru kəməri layihələrinin, D230, Abşeron yarımadasının dayazsulu
hissəsində perspektiv strukturların iştirakçısıdır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: