Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:
“Şəfəq-Asiman” yataqlarının “Fasilə” layında 7 189 metr dərinliyədək ilk kəşfiyyat quyusunun qazılması başa çatdırılıb.
Bu barədə AzerTimes-a “BP Azerbaijan” şirkətindən bildiriblər.
Şirkət açılan kollektorlarda qaz kondensat ehtiyatlarının aşkar olunmasını təsdiqləyib:
“Amma bunun üçün əlavə dəyərləndirmə də tələb olunacaq. Ona görə də biz nəticələri qiymətləndirmək və növbəti addımları nəzərdən keçirmək üçün quyuda işləri dayandırmışıq. Əvvəlcə əldə olunan nəticələri təhlil etmək və növbəti addımlarda daha uyğun variantları seçmək lazımdır”.
Qeyd edək ki, “Şəfəq-Asiman” yataqları Bakıdan 125 kilometr cənub-şərqdə yerləşir. Geologiya-kəşfiyyat işləri SOCAR və BP ilə birgə layihə çərçivəsində aparılır.