bp “Şahdəniz” yatağından bugünədək hasil olunan qaz və kondensatın həcmini açıqlayıb

Xəbər - Ləman Zeynalova – Trend:

“Şahdəniz” yatağından istismara verildiyi tarixdən 2021-ci ilin
sonunadək 156 milyard kubmetrə yaxın qaz və 36 milyon tona yaxın
kondensat hasil edilib.

Trend bu barədə
bp-yə istinadən məlumat verir.

Qeyd edək ki, 2021-ci ildə “Şahdəniz” yatağından ümumilikdə – “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə
təqribən 23 milyard standart kubmetr qaz və 4 milyon ton (təqribən
34 milyon barel) kondensat hasil edilib. 2020-ci ildə bu
göstəricilər müvafiq olaraq 18,1 milyard standart kubmetrə və 3,6
milyon tona (29 milyon barel) bərabər idi. Beləliklə, “Şahdəniz”də
qaz hasilatı 27,07 faiz, kondensat hasilatı 11,11 faiz artıb.

İl ərzində “Şahdəniz yatağından” Azərbaycan (Azərkontrakt
ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə)
bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı
alıcılara qaz çatdırılması davam edib.


Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə
təxminən 72 milyon (ildə 26 milyarddan artıq) standart
kubmetrdir.

Twitter:
@Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: