Xəbər - Ləman Zeynalova – Trend:
“Şahdəniz” yatağı 2006-cı ildən istismara verildikdən sonra bu günədək 140 milyard kubmetrə yaxın qaz və 32 milyon tondan çox kondensat hasil edilib.
AzerTimes bu barədə “BP Azerbaijan” şirkətinin hesabatına istinadən məlumat verir.
Qeyd edək ki, 2021-ci ilin birinci rübündə “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə 5,1 milyard standart kubmetrdən çox qaz və təqribən 1 milyon ton (7,8 milyon barel) kondensat hasil edilib.
Rüb ərzində “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edib. 31 dekabr 2020-ci il tarixində başlanan Avropa bazarlarına qazın çatdırılması 2021-ci ilin birinci rübündə də davam edib
Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 58 milyon (ildə 21 milyarddan artıq) standart kubmetrdir.
(Tərcümə: Orxan Nəbiyev)