bp “Rosneft”in səhmdarlarından çıxır

bp şirkəti Rusiyanın “Rosneft” şirkətinin səhmdarlarından
çıxır.

AzerTimes-ın şirkətə
istinadən verdiyi məlumata görə, bu barədə direktorlar şurası qərar
verib.

Qeyd edilib ki, bp 2013-cü ildən Rosneft-də 19,75 faiz paya
sahibdir.


Bundan başqa, bp-nin baş direktoru Bernard Luni “Rosneft”in
direktorlar şurasını tərk edir. bp tərəfindən təyin edilmiş digər “Rosneft”in direktoru, bp qrupunun keçmiş baş icraçı direktoru Bob
Dadli də idarə heyətini tərk edir.

Teqlər: