Xəbər - Sədrəddin Ağcayev – Trend:
“bp” koronavirus pandemiyası dövründə enerji ehtiyatlarının idarə olunmasında çevik yanaşma tətbiq edən ilk şirkət olub.
Trend-in məlumatına görə, bunu “bp”nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli UNEC İqtisadi forumunda panel müzakirələri zamanı deyib.
Onun sözlərinə görə, “bp”nin neft-qaz sahəsində çevik yanaşma üzrə pilot layihəsi dünyada ilk dəfə Azərbaycanda tətbiq olunub.
“Bu proses şirkətdə 2018-ci ildən başlayıb və bu layihədə 70 nəfərdən ibarət bir komanda iştirak edib. Bundan başqa, hazırda bu layihə çərçivəsində 14 mindən çox insan fəaliyyət göstərir, komanda bu yanaşmaların tətbiqi üzrə 700-dən çox səmərəli üsul yarada bilib”, – deyə B.Aslanbəyli bildirib.
(Tərcümə: Orxan Nəbiyev)