bp BTC üzrə xərcləri azaldıb

2022-ci ilin birinci rübündə Bakı-Tbilisi-Ceyhan (BTC) boru
kəməri üzrə əməliyyat xərclərinə təxminən 9 milyon dollar, əsaslı
xərclərə isə 4 milyon dollar vəsait xərclənib.

Trend bu barədə bp şirkətinə istinadən məlumat
verir.

2021-ci ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 41
milyon və 6 milyon dollar təşkil etmişdi.

Hesabatda qeyd olunur ki, hazırda BTC boru kəməri əsasən
Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan
əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat
həcmləri də nəql olunur.

Qeyd edək BTC boru kəmərinin ümumi uzunluğu 1 768
kilometrdir.

BTC Ko.-nun səhmdarları aşağıdakı kimidir: bp (30,10%), SOCAR
(25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%),
TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil
(2,50%) və ONGCVideş (2,36%) şirkətləridir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: