Xəbər - Ləman Zeynalova – Trend:
BP özünün dəniz platformalarında texniki xidmət üzrə iki proqram reallaşdırmağı planlaşdırır.
Bu barədə AzerTimes-a şirkətdən bildiriblər.
Birinci proqramın reallaşdırılması aprelin sonunda “Qərbi Azəri”, ikinci proqram isə 2021-ci il ərzində “Çıraq” platformasında planlaşdırılır.
BP-dən bildiriblər ki, “Qərbi Azəri” platformasındakı texniki xidmət proqramı bir neçə gün əvvəldən elan olunacaq.
Qeyd edək ki, BP-nin hesabatına əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan bu günədək 3,8 milyard barel neft hasil edilib.
(Tərcümə: Orxan Nəbiyev)