Bakı Ləman Zeynalova – Trend:
2020-ci ilin sonunda Azərbaycanda təsdiq olunmuş qaz ehtiyatlarının həcmi 2,5 trilyon kubmetr təşkil edib.
AzerTimes bu barədə bp şirkətinin Dünya enerjisinin statistik icmalına istinadən məlumat verir.
bp-nin qiymətləndirməsinə əsasən, dünyada təsdiq olunmuş neft ehtiyatlarının 1,3 faizi Azərbaycanın payına düşüb.
Azərbaycanda qaz hasilatı 2019-cu ildə 24,3 milyard kubmetrdən 2020-ci ildə 25,8 milyard kubmetrədək (6 faiz) artıb.
Ölkədə 2010-cu ildə 16,3 milyard kubmetr, 2011-ci ildə 16 milyard kubmetr, 2012-ci ildə 16,8 milyard kubmetr, 2013-cü ildə 17,4 milyard kubmetr, 2014-cü ildə 18,4 milyard kubmetr, 2015-ci ildə 18,8 milyard kubmetr, 2016-cı ildə 18,3 milyard kubmetr, 2017-ci ildə 17,8 milyard kubmetr, 2018-ci ildə 19 milyard kubmetr hasil edilib.
Azərbaycanda qaz istehlakı 2019-cu ildə 11,8 milyard kubmetrdən 2020-ci ildə 25,9 milyard kubmetrədək (0,6 faiz) artıb.
Ölkədə 2010-cu ildə 8,1 milyard kubmetr, 2011-ci ildə 8,9 milyard kubmetr, 2012-ci ildə 9,4 milyard kubmetr, 2013-cü ildə 9,4 milyard kubmetr, 2014-cü ildə 9,9 milyard kubmetr, 2015-ci ildə 11,1 milyard kubmetr, 2016-cı ildə 10,9 milyard kubmetr, 2017-ci ildə 10,6 milyard kubmetr, 2018-ci ildə 10,8 milyard kubmetr hasil edilib.
(Tərcümə: Orxan Nəbiyev)