BP AÇG ilə bağlı əməliyyat xərclərini azaldıb

Xəbər - Ləman Zeynalova – Trend:

2021-ci ilin birinci Azəri-Çıraq-Günəşli (AÇG) layihəsi üzrə fəaliyyətlərətəxminən 142 milyon dollar əməliyyat məsrəfləri və 463 milyon dollardan artıq əsaslı məsrəflər xərclənib.

AzerTimes bu barədə “BP Azerbaijan” şirkətinin hesabatına istinadən məlumat verir.

Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin birinci rübündə bu göstəricilər müvafiq olaraq 150 milyon və 522 milyon dollar təşkil etmişdi.

Hesabatda qeyd olunur ki, COVID-19 pandemiyasının yaratdığı çətinliklər və məhdudiyyətlərə baxmayaraq, rüb ərzində Azəri Mərkəzi Şərqi (ACE) layihəsi eləcə də bp-nin digər fəaliyyətləri vəziyyətə uyğunlaşmaqla fasiləsiz davam edib.


Birinci rübün sonuna layihə üzrə müfəssəl mühəndis-layihələndirmə işləri ümumilikdə başa çatıb. İri avadanlıq yüklərinin və irihəcmli materialların tikinti-quraşdırma işlərinin qrafikini dəstəkləyərək Bakıya daşınması davam edib.

“BP Exploration (Caspian Sea) Limited” layihənin operatorudur. AÇG-nin səhmdarları: bp (30,37%), SOCAR (25,0%), MOL (16 aprel 2020-ci il tarixindən Şevron şirkətini əvəz edib) (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: