“bp” AÇG bloku üzrə əsaslı xərcləri azaldıb

Xəbər - Ləman Zeynalova – Trend:

2021-ci il ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə fəaliyyətlərə təqribən 533 milyon dollar əməliyyat məsrəfləri və 1,66 milyard dollar əsaslı məsrəflər xərclənib.

Trend bu barədə bp-nin hesabatına istinadən məlumat verir.

2020-ci ilin yekununda bu göstəricilər müvafiq olaraq 531 milyon dollar və 1,817 milyard dollara bərabər idi.

Qeyd edək ki, AÇG-də iştirak payları aşağıdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: