Bozqurd işarəsinin ilk məkanı Bakıdır – Türkiyəli yazar

Bozqurd işarəsinin ilk məkanı Bakıdır – Türkiyəli yazar

Bozqurd işarəsi MHP işarəsi deyil. MHP-nin bundan xəbəri belə olmayıb. Bu işarəni Türkiyə ilə tanış edən Azərbaycan millətçiləri olub. Bozqurd işarəsi Azərbaycandan gəlib.

AzerTimes xəbər verir ki, bunu türkiyəli yazar və jurnalist Yılmaz Özdil deyib.

Onun sözlərinə görə, məhz Bakıdan sonra bu işarənin Türkiyədə göstərilməsinə başlanılıb:

“1991-ci ildə Elçibəy Bakıda milyonluq mitinq təşkil etdi və orada istirak edən Alpraslan Türkeş insanların bozqurd işarəsi göstərməsindən vəcdə gəlmişdi. Məhz Bakıdan sonra bu işarənin Türkiyədə göstərilməsinə başladıq. Bəziləri gedib Rabiyə işarəsini gətirir, gerçək millətsevərlər də Bozqurdu seçdi”.

Qeyd edək ki, Alparslan Türkeş Azərbaycana 1991 deyil, 1992-ci ildə gəlib və o özü də Bozqurd işarəsini burda ilk dəfə gördüyünü və Türkiyəyə apardığını demişdi.

Ümumilikdə isə Türkiyədə türkçülüyün əsası Əli bəy Hüseynzadənin adı ilə bağlıdır.

Teqlər: