“Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri həmişə böyük əhəmiyyət daşıyan hadisələrlə əlamətdar olur. Bu dəfəki səfərdə də artıq həyata keçirilmiş ilkin infrastruktur layihələrinin açılışının və təməlqoyma mərsimlərinin keçirilməsinin şahidi olduq. Bu mərasimləri Böyük Qayıdışın qətiyyətli adımları da adlandırmaq olar”.
Millət vəkili Tamam Cəfərova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərlərini şərh edərkən belə deyib.
Tamam Cəfərova bildirdi ki, Dövlətimizin başçımız Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu və bununla faktiki olaraq yeni dəmiryol infrastrukturunun yaradılması işinini başlatmış oldu. Şübhəsiz ki, bu sektorda ən böyük layihə Azərbaycanı Naxçıvanla birləşdirəcək Meğri dəmir və avtomobil yolu infrastrukturu olacaq ki, bunun üçün də hazırlıq işləri aparılmaqdadır. Bu layihəni strateji layihə kimi dəyərləndirən Prezident onun qardaş Türkiyə ilə Azərbaycan arasında xüsusi əhəmiyyətli kommunikasiya olacağını da bildirdi.
Sonra Prezident İlham Əliyev Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasının açılışında iştirak etdi. Qeyd edək ki, “Güləbird” Su Elektrik Stansiyasının istifadəyə verilməsi tarixi və əlamətdar hadisədir. Bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.
Azərbaycan Prezidenti İlham Əliyev gələcəkdə bərpa ediləcək kənlərimizdən danışarkən bu kəndlərimizin necə olacağı ilə bağlı fikirlərini səsləndirdi. Bəlli oldu ki, ağıllı kənd layihələri 5 əsas parametrinə görə fərqlənəcək və məskunlaşmada əsas kriteriya təşkil edəcək. Bunlar Zəngilan rayonunun Birinci Ağalı kəndində tətbiq olunacaq “ağıllı kənd” layihəsi modelinə bənzər olmaqla 5 əsas komponent üzrə aparılacaq. Yəni yeni bərpa layihələri yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri kimi mühüm prinsiplər üzərində qurulacaq.
Deputat qeyd etdi ki, müharibənin başa çatmasından cəmi 3 ay keçib, qısa müddətdə görülən işlər, həyata keçirilən layihələr dövlətimizin gücünü göstərən çoxsaylı amillərdən biridir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan cəmisi 44 gün kimi qısa bir müddətdə öz ərazi bütövlüyünü bərpa etdiyi kimi, elə eyni sürətlə də azad edilmiş torpaqlarımızda məskunlaşmanı və böyük qayıdışı təmin edəcək”.
Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın bərpası ilə bağlı böyük, möhtəşəm proqramlar haqqında məlumat verməklə bərabər, həm də düşmənə də xəbərdarlıq mesajları göndərdi: “…bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışır. Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Onları torpaqlarımızdan rədd etmişik. Ermənistan ordusunu demək olar ki, məhv etmişik. Ermənistan ordusu yoxdur, dağılıb. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb”. Düşünürəm ki, erməni faşistləri “”Dəmir Yumruğun” güçünü hələ uzun müddət unutmayacaqlar, Tamam Cəfərova belə deyib.