Şimali Koreya lideri Kim Çen İn Rusiyaya ev sahibi kimi gəldi.
AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Kim Çen İnin Rusiyaya səfərini şərh edərkən deyib.
“Kim Çen İn Rusiyaya ev sahibi kimi gəldi və özünü ev sahibi kimi apardı. Öz “daxili bazarında” (Şimali Koreya cəmiyyəti – red.) özünü avtoritet kimi, Putini isə xidmətində olan kiçik rus çarı kimi göstərəcək. Bu, onlar üçün çox vacibdir, çünki Kim Çen İn 3 ildir ki, heç yerə getmir və heç kimlə görüşmürdü.
Şimali Koreyada Putin haqqında təsəvvür bizdəki kimi deyil. Onu böyük insan hesab edirlər. Burada qlobal lider Putin daha böyük qlobal lider Kim Çenin qarşısında diz çöküb”, – deyə Podolyak bildirib.