Böyük inkişaf dövrü başlayır – Kəmaləddin Heydərov

Böyük inkişaf dövrü başlayır – Kəmaləddin Heydərov

Seçki ab-havası çox yaxşıdır, seçici fəallığı həmişəkindən daha yüksəkdir. Çünki bu il elə bir ildir ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bu gün işğaldan azad olunmuş rayonlarımızda, o cümlədən Şuşada, Xankəndidə insanlarımız Azərbaycanın suverenliyinə, inkişafına səs verirlər.

AzerTimes xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov deyib.

“Ona görə də əhalimiz böyük məmnuniyyətlə seçki məntəqələrinə gedir, öz namizədlərinə səs verirlər. Bundan sonrakı illərdə artıq böyük inkişaf illəri olacaq. İşğaldan azad olunmuş torpaqlarımızın, eləcə də ölkənin digər rayonlarının həm infrastruktur, həm də sənaye və digər iqtisadi sahədə inkişafına böyük yol açılıb. Bu mənada digər illərdən fərqli olaraq bu, möhtəşəm seçkidir”, – nazir bildirib.

Teqlər: