Erməni separatçıları, xüsusən də dünyadakı erməni lobbisi uzun illər boyu “Böyük Ermənistan” xülyası, xəstə “dənizdən-dənizə” ideyası ilə yaşadı. İşğal, qonşu ölkələrə torpaq iddiası, terror, soyqırımılar Ermənistanın dövlət siyasətinə çevrildi. Amma Azərbaycan dövləti ermənilərin bu istəyini, faşizm siyasətini darmadağın etdi. Vaxtilə işğalçılıq meyilləri ilə az qala dünyaya meydan oxuyan, heç cür ipə-sapa yatmayan, beynəlxalq qanunları ayaq altına atan Ermənistandan indi geriyə miskin bir vəziyyət qalır – cəmi 44 günə diz çökdürülən işğalçı ordu, ölüm ayağında olan ölkə.
AzerTimes xəbər verir ki, bunu Trend BİA-nın Baş direktor müavini Sahil Kərimli bildirib.
O əlavə edib ki, Azərbaycan dövləti İkinci Qarabağ savaşında Ermənistana layiqli dərs verdi. Bu dərs dünya durduqca unudulmayacaq: “Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bölgədə yeni reallıqlar yaratdı. İndi bütün dünya bu reallıqları qəbul edir və alqışlayır. Biz erməni terrorunun və işğalının kökünü kəsməklə bölgədə sülh və təhlükəsizliyi təmin etmişik. Ölkəmiz bununla nəinki regiona, bütün dünyaya əvəzsiz töhfə verib. Azərbaycan bölgəni erməni faşizmindən xilas edib”.
S.Kərimli qeyd edib ki, bu gün Ermənistan dövləti uçurumun bir addımlığındadır. Onların tək çıxış yolu bölgədəki yeni reallıqlarla ayaqlaşıb ölümcül vəziyyətdən qurtulmaqdır, əks halda, məhv olacaqlar: “Bu, Ermənistan üçün son şansdır. Halbuki, bu şansı da Ermənsitana Azərbaycan verir. Azərbaycan Prezidentinin müəllifi olduğu Zəngəzur dəhlizi əvəzsiz və heyrətamiz tranzit imkanları yaradır. Zəngəzur dəhlizi bütün bölgə ölkələrinin ciddi marağında olan nəhəng layihədir. Ermənistanın gələcək taleyi də birbaşa Zəngəzur dəhlizindən asılıdır”.
S.Kərimli onu da bildirib ki, vaxtilə “Böyük Ermənistan” xülyaları ilə yaşayan ermənilər indi kiçik və zəif Ermənistanla baş-başa qalıb: “Çox maraqlıdır, görəsən, Ermənsitanın indiki rəhbərliyi, heç olmasa, mövcud kiçik Ermənistanı xilas edə biləcəkmi? Heç şübhəsiz ki, bunu tezliklə zaman göstərəcək”.