Böyük əməliyyat: İran casusları saxlanıldı

Böyük əməliyyat: İran casusları saxlanıldı

Azərbaycanda İranın casus şəbəkələrinin ifşası istiqamətində əməliyyatlar davam edir.

AzerTimes Musavat.com-a istinadxən xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.

Hüquq-mühafizə orqanlarından əldə edilən xəbərə görə, İranın molla rejiminə xidmət edən, Azərbaycan ərazisində molla rejimini təbliğ edən və Vətəninə xəyanət edən xeyli sayda şəxs artıq saxlanılıb. Onlara qarşı müxtəlif maddələrlə ittihamlar da irəli sürülüb.

Saxlanılan şəxslərin evlərində, ofislərində və ibadət yerlərində aparılan axtarışlar zamanı molla rejimini təbliğ edən xeyli sayda materiallar, özlərinin “rəhbəri” kimi təqdim etdikləri Xameneinin və digər ağalarının şəkilləri maddi sübut kimi götürülüb.

Bəzi xainlərin evlərindən hətta “Kərimə dövləti”ni qurmaq üçün insanları aldadan materiallar, “Ayətullah Xameneinin əsgərləri” yazılan vərəqələr tapılıb.

Hazırda casus şəbəkəsinin ifşası istiqamətində zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Teqlər: