Böyük Dəbilqə: Cüdoçularımız üçüncü qızılı qazandı

Böyük Dəbilqə: Cüdoçularımız üçüncü qızılı qazandı

Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirinin qızıl medalını qazanıb.

AzerTimes xəbər verir ki, komandamızın üzvü Səid Mollayi (81 kq) finalda belçikalı Mattias Kasseni məğlub edərək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Bu, Azərbaycan komandasının “Böyük dəbilqə” turnirində qazandığı 3-cü qızıl medal olub. Belə ki, bundan əvvəl təmsilçilərimiz Hidayət Heydərov (73 kq) və Balabəy Ağayev (60 kq) qızıl medal qazanıblar. Yığmamızın digər üzvləri Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medala sahib olublar.

Teqlər: