Çinin Tsinhay əyalətində zəlzələ nəticəsində Böyük Çin səddinin iki metlik hissəsi uçub.
AzerTimes-ın məlumatına görə, bu barədə “Global Times” qəzeti xəbər verir.
Məlumata əsasən, hadisə yanvarın 7-si Qansu əyalətində qeydə alınan 6,9 bal gücündə zəlzələ nəticəsində baş verib.
Bildirilir ki, Böyük Çin səddinin uçan hissəsində təmir və bərpa işləri başlanılıb.
Xatırladaq ki, zəlzələ nəticəsində 9 nəfər xəsarət almışdı. Onlardan biri hələ də xəstəxanadadır.