Böyük Britaniyanın Milyonçu şousunda tam məbləğ uduldu

Böyük Britaniyanın Milyonçu şousunda tam məbləğ uduldu

“Kim milyonçu olmaq istəyir?” əyləncə şousunun Böyük Britaniya versiyasının (“Who wants to be a millionaire?”) iştirakçısı 14 il ərzində ilk dəfə əsas mükafatı – 1 milyon funt-sterlinqi qazanıb.

Qalib 15 sualın hamısına düzgün cavab verərək şounun 22 illik tarixi ərzində əsas mükafatı qazanan altıncı oyunçu olub.

Qalibin adı gələn ay şounun yeni buraxılışı ekrana çıxana qədər gizli saxlanılır. 2018-ci ildən verilişdə aparıcılıq edən Ceremi Klarksonun fikrincə, bu, indiyə qədər keçirilən şoular arasında ən yaxşısıdır.

Böyük Britaniyada “Kim milyonçu olmaq istəyir?” şousunun ilk qalibi 2000-ci ildə Cudit Keppel olub. Onun ardınca 2001-ci ildə fizika müəllimi Devid Edvards əsas mükafatı qazanıb. Sonra elə həmin il Robert Brices, 2004-cü ildə Pet Gibson, 2006-cı ildə isə İnqrem Uilkoks milyonçu titulunu qazanıb.

Qeyd edək ki, “Kim milyonçu olmaq istəyir?” şousu ilk dəfə 1998-ci il sentyabrın 4-də Böyük Britaniyada efirə çıxıb. Oyunun ilk aparıcısı məşhur şoumen Kris Terent olub. Bu şounun 2002-ci ilin avqustun 9-da efirə çıxan Azərbaycan versiyası isə “Milyonçu” adlanır.