Böyük Britaniyanın ixracat üzrə naziri Azərbaycana gəlib

Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamentinin İxracat üzrə naziri və Dövlət Katibinin Parlamentdəki nümayəndəsi Qrehem Stüart iki ölkənin mövcud ticarət və iqtisadi əlaqələrini gücləndirmək məqsədilə Azərbaycana üç günlük səfərə gəlib.

AzerTimes bu barədə Q.Stüartın “Twitter” səhifəsinə istinadən məlumat verir.

Mayın 20-dən başlayan səfər çərçivəsində bərpa olunan enerji sektorundakı əməkdaşlıq imkanları müzakirə ediləcək və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və enerji keçidinə Birləşmiş Krallığın dəstəyi vurğulanacaq.

Nazir yüksək vəzifəli rəsmilərlə görüşləri çərçivəsində cari ilin noyabr ayında Qlazqoda keçiriləcək COP26 İqlim Dəyişikliyi Konfransı ərəfəsində tullantıların azaldılması hədəfi sahəsində Azərbaycanın daha iddialı və “net zero” planını qəbul etmək üçün Birləşmiş Krallığa qoşulmağa təşviq edəcək.

Teqlər: