Böyük Britaniyanın dövlət naziri Bakıda Bakıda məişət zorakılığı qurbanları ilə görüşüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Böyük Britaniyanın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton Bakıda Bakıda məişət və cinsi zəmində zorakılıq qurbanları ilə görüşüb.

AzerTimes-ın məlumatına görə, bunu nazir öz “Twitter” səhifəsində yazıb.

O bildirib ki, səfər çərçivəsində qadın hüquqlarının müdafiəsi məsələsini nazir və deputatlarla görüşü zamanı müzakirə edəcək:

“Azərbaycanda qadınların səsvermə hüququnun Böyük Britaniyadan 9 il əvvəl qazanması möhtəşəmdir. Amma hələ görüləcək çox iş var. Şadam ki, Azərbaycanın məişət zorakılığının qarşısının alınması üçün Milli Fəaliyyət planı var. Qadına şiddətin qarşısının alınması üçün İstanbul Konvensiyasının tez bir zamanda qəbul edilməsinə çağırıram”.

Teqlər: