Böyük Britaniyanın daha bir naziri istefa verdi

Böyük Britaniyanın daha bir naziri istefa verdi

Böyük Britaniyanın daxili işlər naziri Priti Patel istefa verib.

AzerTimes xəbər verir ki, bu barədə Patel istefa verən Baş nazir Boris Consona məktubunda bildirib.

“Liz Trassı yeni liderimiz seçilməyiniz münasibətilə təbrik edirəm və onu baş nazir rolunda dəstəkləyəcəyəm. Liz rəsmi olaraq vəzifəsinin icrasına başladıqdan və yeni daxili işlər naziri təyin etdikdən sonra mən ölkəmə və Uitem dairəsinə deputat kimi xidmətə davam edəcəyəm”, – Patel qeyd edib.

Teqlər: