Böyük Britaniyada vaksin pasportları tətbiq olunacaq

Xəbər - Orxan Nəbiyev – Trend:

Böyük Britaniyada vətəndaşların ölkə xaricinə səfər etmələri üçün vaksin pasportları tətbiq olunacaq.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Milli Səhiyyə Xidməti bildirib.

Həmin pasportlar mayın 17-dən qüvvəyə minəcək. Bu sənədlər smartfon və planşetlər üçün mobil tətbiq şəklində işə salınacaq.


Müvafiq mobil qurğuları olmayan vətəndaşlar peyvəndləməni təsdiq edən kağız sənəd ala biləcəklər.