Böyük Britaniyada koronavirusun “omikron” ştammına daha bir nəfər yoluxub

Böyük Britaniyada koronavirusun yeni “omikron” adı verilmiş ştammına daha bir yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “BBC News” telekanalı ölkənin Səhiyyə sahəsində Təhlükəsizlik Agentliyinə istinadən xəbər verib.

Məlumata əsasən, yoluxma halı Londonda Cənubi Afrikadan gələn vətəndaşda aşkarlanıb. Bildirilir ki, yoluxan şəxs artıq Böyük Britaniyanı tərk edib.


Qeyd edilir ki, yaxın günlərdə ölkədə “omikron” ştammına yeni yoluxma hallarının aşkarlanacağı gözlənilir.

Xatırladaq ki, bu, Böyük Britaniyada “omikron” ştammına qeydə alınan artıq üçüncü yoluxma halıdır. İlk iki yoluxma halı noyabrın 27-si qeydə alınmışdı.