Mart ayında Böyük Britaniyada inflyasiya illik 7 faizə
çatıb.
Trend-in
məlumatına görə, bu barədə Böyük Britaniya Milli Statistika
Xidmətinin hesabatında deyilir.
Qeyd olunur ki, bu, ölkədə 1992-ci ilin martından bəri qeydə
alınan ən yüksk göstəricidir. Həmin il Böyük Britaniyada inflyasiya
7,1 faizə çatmışdı.
Mütəxəssislər Böyük Britaniyada mart ayı üzrə inflyasiya
dərəcəsini 6,7 faiz səviyyəsində proqnozlaşdırırdı, lakin istehlak
qiymətləri bu həddi ötüb. Aprel ayında inflyasiyanın 8 faizə çata
biləcəyi gözlənilir.
İlin sonunadək isə bəzi analitiklər inflyasiyanın 10 faizi
üstələyə biləcəyini proqnozlaşdırır.