Xəbər - Orxan Nəbiyev – Trend:
Böyük Britaniyanın təhsil naziri Qevin Uilyamson vəzifəsindən istefa verib.
Trend-in məlumatına görə, bu barədə nazir özü “Twitter” səhifəsində bildirib.
Bundan əvvəl müdafiə naziri vəzifəsində işləmiş Q.Uilyamson son dövrlərdə pandemiya ilə bağlı məktəblərdə dərslərin təşkili məsələləri ilə əlaqədar tənqid olunurdu.
Eyni zamanda, ölkənin ədliyyə naziri Robert Baklend də istefa verdiyini açıqlayıb.