Böyük Britaniyada enerji böhranı təhlükəsi yaranıb

Böyük Britaniyanın enerji şirkətləri qazın qiymətlərinin artmasına görə hökumətdən yardım etməyə xahiş edib. Onlar bildiriblər ki, əks halda ölkədə böhranı yarana bilər.

AzerTimes-ın məlumatına görə, bu barədə “The Daily Telegraph” qəzeti sənaye firmalarının top menecerlərinə istinadən xəbər verib.

Qeyd olunub ki, krallıqda fəaliyyət göstərən EDF, Good Energy və Energy UK şirkətlərinin rəhbərləri qazın qiymətinin qalxması sənayeni “fəlakət astanasına qoyduğundan” hökuməti vəziyyətə müdaxilə etməyə çağırıblar.

Nəşr əlavə edib ki, sənaye müəssisələri hökumətdən biznesi dəstəkləməyi, xüsusən də onlar üçün ƏDV dərəcəsini azaltmağı xahiş ediblər.

Teqlər: