Böyük Britaniyanın Esseks qraflığının Li-on-Si şəhərində silahlı şəxs hakim Mühafizəkarlar Partiyasından deputat Devid Emmesə bıçaqla hücum edib.
AzerTimes-ın məlumatına görə, silahlı hücum 69 yaşlı siyasətçinin yerli kilsədə vətəndaşlarla görüşü zamanı baş verib.
Məlumata əsasən, silahlı deputata bir neçə bıçaq zərbəsi vurub. D.Emmesə tibbi yardım göstərilsədə, onun həyatını xilas etmək mümkün olmayıb və deputat aldığı xəsarətlərdən dünyasını dəyişib.
Polis əməkdaşları hücum edən şəxsi saxlayıblar. Onun silahlı hücumunun səbəbi hələ məlum deyil.