Azərbaycan vətəndaşları üçün viza proseduru asanlaşdırıldı

Azərbaycan vətəndaşları üçün viza proseduru asanlaşdırıldı

Böyük Britaniyanın Azərbaycandakı Viza Müraciət Mərkəzi “Çelsi”-“Qarabağ” futbol qarşılaşmasını izləmək istəyən Azərbaycan vətəndaşları üçün əlavə viza görüşü vaxtları müəyyən edib.

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, viza almaq istəyənlər avqustun 29, 30 və 31-də əlavə görüş vaxtlarından yararlana bilərlər.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin I turu çərçivəsində sentyabrın 12-də Londonda “Çelsi”-“Qarabağ” oyunu keçiriləcək.