Böyük Britaniya hakimiyyəti iğtişaşları dayandırmaq üçün Şimali İrlandiyaya xüsusi təyinatlı qüvvələr göndərib.
AzerTimes-ın məlumatına görə, bu barədə “Mirror” qəzeti mənbələrə istinadən bildirib.
Məlumata əsasən, ən azı səkkiz döyüşçü əraziyə göndərilib, onlar iğtişaş nəzarəti ilə məşğul olan MI5 təhlükəsizlik xidməti ilə işləyəcəklər.
Şimali İrlandiyada milliyyətçilərlə ölkə hökumətinin tərəfdarları arasında iğtişaşlar və toqquşmalar bir həftədən çox davam edib.