Xəbər - Orxan Nəbiyev – Trend:
Bu gün Böyük Britaniya ilə Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı razılıq əldə edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Morton öz “Twitter” səhifəsində Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşündən sonra yazıb.
O bildirib ki, Böyük Britaniya sıfır karbon tullantısı hədəfinə çatmaqda Azərbaycanı dəstəkləməyə hazırdır.