Britaniya səfiri Bakıda gecə klubunda baş vermiş partlayışla
bağlı başsağlığı verib.
Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın
Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter”də bildirib.
“Aprelin 3-də Bakıda baş vermiş qaz partlayışı ilə əlaqədar
insan itkisinə görə dərin hüznlə başsağlığı verir və
zərərçəkənlərin hamısına şəfa diləyirəm”, – diplomat qeyd edib.