Böyük Britaniya kraliçası II Yelizavetanın oğullarından biri olan York hersoqu Endryu zorakılıq iddiaları səbəbindən hərbi rütbələrdən və kral ailəsi təmsilçiliyindən məhrum edilib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, belə bir qərarı kraliça II Yelizaveta qəbul edib.
Bukingem sarayınən yaydığı açıqlamada qeyd olunub ki, şahzadə dövlət tədbirlərində kral ailəsini təmsil etməyəcək, məhkəmə qarşısında fiziki şəxs kimi iştirak edəcək.
Daha əvvəl Nyu-York Cənub Dairə Məhkəməsinin ona qarşı açılan mülki iddianı rədd etməkdən imtina edib. Bundan sonra 61 yaşlı şahzadə Endryu Virciniya Giufreyə qarşı təcavüz iddiaları ilə ABŞ-da məhkəmə qarşısına çıxacaq.