Xəbər - Maryana Əhmədova – Trend:
Böyük Britaniya Qarabağda bərpa işlərində maraqlı olan şirkətlərin siyahısını Azərbaycan hökumətinə təqdim edib.
Bunu Trend-ə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.
“Biz indi Azərbaycandan bərpa işləri ilə bağlı konkret planlar gözləyirik, şirkətlər bu planlara əməl edəcək”, – deyə səfir bildirib.
Səfirin sözlərinə görə, Qarabağ “yaşıl” enerjinin istifadasi baxımından Azərbaycanın ən yaxşı yeridir. O bildirib ki, hazırda “bp” azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələri, xüsusilə, günəş elektrik stansiyası üzrə layihələr üzərində işləyir.
“Biz şadıq ki, Azərbaycan hökuməti azad edilmiş ərazilərdə “yaşıl” enerjini inkişaf etdirir”, – səfir deyib.
(Tərcümə: Orxan Nəbiyev)