Böyük Britaniya peyvənd olunmuş Azərbaycan vətəndaşlarının ölkəyə girişinə icazə verəcək

Böyük Britaniya Azərbaycanı vaksin sertifikatının olması təqdirində ölkəyə giriş hüququ olan ölkələr sırasına daxil edəcək.

Trend bu barədə Böyük Britaniya səfiriliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, Azərbaycan bu siyahıya noyabrın 1-dən daxil olunacaq.

Hazırda Böyük Britaniya “Oxford/AstraZeneca”, “Pfizer BioNTech”, “Moderna” və “Janssen” vaksinlərinin hər iki dozası peyvəndlənmiş şəxslərin vaksin pasportlarını qəbul edir.

Qaydalara əsasən, vaksinin ikinci dozasının qəbulundan 14 gündən az olmyaraq vaxt keçməlidir.

Teqlər: