Zəngilan, Füzuli, Bərdəyə səfərlərimdə minalardan çirklənmənin miqyasını gördüm.
AzerTimes-ın məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp yazıb.
O bildirib ki, Böyük Britaniya minalarla mübarizədə bilik, texnologiya və təcrübəsini Azərbaycanla bölüşür:
“Bu gün məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtması üçün ANAMA ilə işləyən 4 britaniyalı minatəmizləmə mütəxəssisi ilə görüşdüm”.