Böyük Britaniya kraliçasının həyat yoldaşı vəfat edib

Bakı Orxan Nəbiyev – Trend:

Böyük Britaniya kraliçası 2-ci Yelizavetanın həyat yoldaşı, Edinburq hersoqu, şahzadə Filip vəfat edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Bukingem sarayı bildirib.

Qeyd olunur ki, 99 yaşlı şahzadə son illərdə sağlamlığı ilə bağlı problemlər yaşayırdı. O, son aylarda bir neçə dəfə xəstəxanaya yerləşdirilib.


Hadisə ilə əlaqədar Böyük Britaniyada matəm elan olunub.